Tarix: 20-01-2022 | Saat: 12:12
Bölmə:Karusel / Region | çapa göndər
2021-ci ilin yanvar-dekabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 1 136 123,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 181 623,6 min dollar və ya 19% çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 604 393,2 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 17,8% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 20,5% artaraq 531 730,6 min dollara bərabər olub.
Nəticədə ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 72 662,6 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 1% çoxdur. Belə ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarətdə 71 913,8 min dollarlıq mənfi saldo olub.
Digər xəbərlər