Saytımızı qiymətləndirin


 
 

Avropa Liqasında 1/8 final start götürəcək
Tarix: 07-03-2019 | Saat: 10:58
Bölmə:Karusel / İdman | çapa göndər

Avropa Liqasında 1/8 final start götürəcək

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

"Qarabaginfo" xəbər verir ki, raundun ilk oyunlarının hamısı eyni gündə baş tutacaq.

Turnirdə "Qarabağ"la eyni qrupda yer almış İngiltərə "Arsenal"ı birinci oyununu səfərdə keçirəcək. London təmsilçisi Fransada "Renn"in müqavimətini qırmağa çalışacaq.

İngiltərənin digər təmsilçisi "Çelsi" Londonda Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə üz-üzə gələcək.

Yarışın beşqat qalibi İspaniya "Sevilya"sı bu mərhələdə digər komandalara nisbətən zəif rəqiblə qarşılaşacaq. Əndəlüslülər doğma meydanda Çexiya təmsilçisi "Slaviya" (Praqa) ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 14-də təşkil olunacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası

1/8 final, ilk oyunlar

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya)

21:55. "Renn" (Fransa) - "Arsenal" (İngiltərə)

21:55. "Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya)

21:55. "Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)

24:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya)

24:00. "Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)



Xəbəri paylaş

591 dəfə oxunub.

Digər xəbərlər