Ana Sayfa > Karusel / İdman > Avropa Liqasında 1/8 final start götürəcək
Avropa Liqasında 1/8 final start götürəcək7-03-2019, 10:58. Yazar: Admin |
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək. "Qarabaginfo" xəbər verir ki, raundun ilk oyunlarının hamısı eyni gündə baş tutacaq. Turnirdə "Qarabağ"la eyni qrupda yer almış İngiltərə "Arsenal"ı birinci oyununu səfərdə keçirəcək. London təmsilçisi Fransada "Renn"in müqavimətini qırmağa çalışacaq. İngiltərənin digər təmsilçisi "Çelsi" Londonda Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə üz-üzə gələcək. Yarışın beşqat qalibi İspaniya "Sevilya"sı bu mərhələdə digər komandalara nisbətən zəif rəqiblə qarşılaşacaq. Əndəlüslülər doğma meydanda Çexiya təmsilçisi "Slaviya" (Praqa) ilə münasibətlərə aydınlıq gətirəcək. Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 14-də təşkil olunacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa Liqası 1/8 final, ilk oyunlar 21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya) 21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya) 21:55. "Renn" (Fransa) - "Arsenal" (İngiltərə) 21:55. "Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) 21:55. "Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya) 24:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) 24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya) 24:00. "Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya) Geri dön |