Saytımızı qiymətləndirin


 
 

5 milyon pulu mənimsədi - 15 il həbs cəzası aldı
Tarix: 20-01-2022 | Saat: 07:40
Bölmə:Karusel / Multimedia | çapa göndər

Bakı Ağır Cinayətlər Məhkəməsində iyirmidən çox şəxsi iş qurmaq adı ilə aldadaraq, onlara yüksək qazanc əldə edəcəklərini vəd etməklə pullarını mənimsəməkdə ittiham olunan Orxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, O.Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən O.Ağayev qurbanlarına özünü turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik şəxs kimi təqdim edib. Zərərçəkmişlərin yaxşı qazanc əldə edəcəklərinə onları inandırıb və müxtəlif məbləğlərdə pul alıb. O.Ağayev zərərçəkmişlərdən aldığı məbləğlərin bir hissəsini ilk aylarda guya qazanc kimi geri qaytarıb. Sonra isə “pul bankdadır, çıxarmaq olmur” kimi bəhanələrlə onların pullarını qaytarmaqdan yayınıb.

İttihama görə, O.Ağayevin mənimsədiyi pulların ümumi məbləği 5 milyondan çox olub. Onun zərər vurduğu şəxslər arasında tanışları, sahibkarlar, dövlət qurumlarının vəzifəli şəxsləri də olub.

Vətəndaşların şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan O.Ağayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, O.Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra bir neçə bankda işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər