Saytımızı qiymətləndirin


 
 

Paşinyan yenə Azərbaycanı hədələdi
Tarix: 19-01-2022 | Saat: 22:40
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan yenə Azərbaycanı hədələyib.

Qarabaginfo.az Sputnik Armeniya-ya istinadla xəbər verir ki, bu gün Ermənistan parlamentində KTMT ilə bağlı sualı cavablandıran Nikol Paşinyan təşkilata müraciətin hər an qüvvədə olduğunu bildirib.

“Biz Azərbaycanın işğalı ilə əlaqədar KTMT-yə müraciət etmək imkanını unutmuruq”, – Paşinyan deyib.

Onun bu cavabı erməniləri sakitləşdirmək üçün verilsə də, Azərbaycana “hədə” kimi səslənib.

“Ehtiyac olarsa, Ermənistan KTMT-yə 4-cü maddəyə əsasən müraciət edəcək. Bu maddəyə əsasən, dövlətlərdən biri təcavüzə məruz qalsa, bu, təşkilatın qalan tərəfdaşları tərəfindən hamıya qarşı təcavüz kimi qiymətləndiriləcək”, – baş nazir öz ordusuna yox, KTMT-yə güvəndiyini göstərib.



Xəbəri paylaş

1438 dəfə oxunub.

Digər xəbərlər