Saytımızı qiymətləndirin


 
 

Rusiyada benzin qıtlığı dərinləşir:Cəmi 28 faiz YDM-də benzin var
Tarix: 18-08-2026 | Saat: 21:19
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Benzin
Benzin

Rusiyada avtomobil sürücüləri son günlər yanacaq böhranının ikinci dalğası ilə üzləşiblər. Ölkə üzrə yanacaqdoldurma məntəqələrinin yalnız 28,1 faizində benzin mövcuddur.

“İzvestiya” monitorinq məlumatlarına istinadən xəbər verir ki, avqustun 16-na olan vəziyyətə görə Rusiyanın bütün ərazisində yanacaq 28,1% yanacaqdoldurma məntəqəsində olub. Halbuki bir həftə əvvəl bu göstərici 41 faiz təşkil edirdi.

Məlumata görə, benzin və dizel yanacağının mövcudluğu Volqoqrad, Çelyabinsk, Orenburq, Voronej, Samara, Penza, Saratov, Lipetsk və Rostov vilayətlərində, eləcə də Tatarıstanda azalıb.

Rusiyada yanacaqdoldurma məntəqələrinin qarşısında ilk uzun növbələr mayın sonunda yaranıb və təxminən bir ay yarım davam edib.

Neft emalı zavodlarında problemlər

Mövcud vəziyyətə neft emalı zavodlarında aparılan planlaşdırılmamış təmir işləri və logistika problemləri təsir göstərir.

Məlumata görə, Rusiyada benzin istehsalının həcmi kifayət qədər yüksək olsa da, bəzi regionlara yanacağın çatdırılması çətinləşib.

Beləliklə, ölkədə problem yalnız yanacaq istehsalının həcmi ilə bağlı deyil. İstehsal, logistika və regionlar üzrə təchizatdakı problemlər yanacaqdoldurma məntəqələrində yanacağın qıtlığına səbəb olur.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər