Saytımızı qiymətləndirin


 
 

ABŞ yaxın günlərdə Ukraynada atəşkəslə bağlı qərar verəcək
Tarix: 18-04-2025 | Saat: 12:10
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Ukraynada atəşkəsin mümkün olub-olmayacağına bir neçə gün ərzində qərar verəcək.

Bu barədə ABŞ dövlət katibi Mark Rubio jurnalistlərə açıqlamasında bildirib.

“Əgər bir neçə gün ərzində Ukraynada müharibəni dayandırmaq səylərimiz uğursuz olarsa, biz prezident Trampa danışıqların daha uyğun variant olmadığını bildirəcəyik”, – Rubio qeyd edib.

Dövlət katibi həmçinin əlavə edib ki, əgər hər iki tərəf sülhə ciddi yanaşarsa, ABŞ Ukraynadakı münaqişənin həllinə yardım etməyə hazırdır: “Əks halda ABŞ başqa prioritetlərə yönələcək”.

Onun sözlərinə görə, ABŞ hələlik Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini açıq şəkildə müzakirə etməyə hazır deyil.

ABŞ dövlət katibi əlavə edib ki, “Avropa sanksiyalarının ləğvi razılaşmanın bir hissəsinə çevrilə bilməsi üçün Aİ ölkələri Ukraynadakı nizamlanma prosesinə cəlb edilməlidir”



Xəbəri paylaş

59 dəfə oxunub.

Digər xəbərlər
15-11-2021, 10:04 Bu gündən istilik verilir


Bu gün, 16:16Putin İrana gedir