Tarix: 19-01-2022 | Saat: 12:21
Bölmə:Karusel / Dünya | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, dekabr üzrə göstərici 1992-ci ilin martından bəri rekord artım tempi nümayiş etdirib.
İstehlak qiymətlərinin 5,1% artdığı noyabr ayı ilə müqayisədə inflyasiya sürətlənib, bu da 2011-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir.
İstehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,5% artıb. Ekspertlər orta hesabla 0,3% artım proqnozlaşdırırdılar. Noyabrda aylıq inflyasiya 0,7% təşkil edib.
Keçən ay Britaniyada ərzaq məhsulları illik ifadədə 4,2%, noyabrda isə 2,5% bahalaşıb. Restoran və mehmanxanalarda da qiymət artımı sürətlənib. Mebel və məişət əşyaları, eləcə də geyim və ayaqqabılar da bahalaşıb. Bu arada, nəqliyyat xidmətlərinin bahalaşması səngiyib.
Digər xəbərlər