Ana Sayfa > Karusel / Dünya > Britaniyada inflyasiya 30 illik maksimuma çatıb
Britaniyada inflyasiya 30 illik maksimuma çatıb19-01-2022, 12:21. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin açıqlamasında deyilir. Qeyd olunur ki, dekabr üzrə göstərici 1992-ci ilin martından bəri rekord artım tempi nümayiş etdirib. İstehlak qiymətlərinin 5,1% artdığı noyabr ayı ilə müqayisədə inflyasiya sürətlənib, bu da 2011-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir. İstehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,5% artıb. Ekspertlər orta hesabla 0,3% artım proqnozlaşdırırdılar. Noyabrda aylıq inflyasiya 0,7% təşkil edib. Keçən ay Britaniyada ərzaq məhsulları illik ifadədə 4,2%, noyabrda isə 2,5% bahalaşıb. Restoran və mehmanxanalarda da qiymət artımı sürətlənib. Mebel və məişət əşyaları, eləcə də geyim və ayaqqabılar da bahalaşıb. Bu arada, nəqliyyat xidmətlərinin bahalaşması səngiyib. Geri dön |