Saytımızı qiymətləndirin


 
 

Nazir: ""UNESCO-nun azad edilmiş ərazilərə texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşırıq”
Tarix: 18-01-2022 | Saat: 18:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

Nazir: ""UNESCO-nun azad edilmiş ərazilərə texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşırıq”

"UNESCO-nun işğaldan azad edilmiş ərazilərimizə texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşırıq”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Mədəniyyət Nazirliyinin Kollegiya iclasında deyib.

 

Nazir bildirib ki, ancaq mədəni irsimizin tanıdılması istiqamətində UNESCO ilə əməkdaşlıq davam etməkdədir.

UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələrin hazırlandığını bildirən nazir təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğuladı. O deyib ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər