Saytımızı qiymətləndirin


 
 

"Ukraynada Qərbin irqçiliyini hamı gördü" - Xamenei
Tarix: 21-03-2022 | Saat: 23:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Ukraynada Qərbin irqçiliyini hamı gördü" - Xamenei

İran lideri Əli Xamneyi Rusiya-Ukrayna müharibəsində mülki şəxslərə qarşı irqçi yanaşmaları tənqid edib.

Qarabaginfo.az xəbər verir ki, Hicri Şəmsi təqvimi ilə yeni ilin ilk günü olan Novruz bayramı münasibətilə dövlət televiziyasında xalqa müraciət edən Xamenei daxili və xarici siyasətdəki son hadisələrlə bağlı qiymətləndirmələr edib.

Ukraynadakı müharibə zamanı bəzi avropalıların irqçi davranışlarına toxunan Xamenei, "Ukraynadakı hadisələrdə hamı Qərbin irqçiliyini gördü. Görürsünüzmü, mühacirət etmək istəyən ağ və qaradərililəri ayırd edirlər”, - deyə bildirib. 

Bəzi qərbli jurnalist və şərhçilərin “Bu dəfə müharibə Yaxın Şərqdə deyil” sözlərinə işarə edən Xamenei sözlərini belə davam etdirib:

"Onlar öz medialarında bu dəfə müharibənin Yaxın Şərqdə baş vermədiyinə təəssüfləndiklərini bildirirlər. Başqa sözlə, onların fikrincə, müharibə Yaxın Şərqdə baş verirsə, problem deyil, amma Avropada baş verirsə,  bax, bu bir problemdir. Belə açıq-saçıq irqçilik dünyada heç vaxt görülməyib”.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər
27-06-2022, 22:48 Rəisi Aşqabada gedir