Saytımızı qiymətləndirin


 
 

Zalkaliani: "NATO Gürcüstanın alyansa üzvlüyünə dair mövqeyini dəyişməyəcək"
Tarix: 17-01-2022 | Saat: 19:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

David Zalkaliani

Rusiyanın tələblərinə baxmayaraq, NATO Gürcüstanın alyansa üzvlüyünə dair mövqeyini dəyişməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Brüsseldə NATO-nun daimi üzvü olan 14 ölkənin XİN başçıları ilə görüşündən sonra deyib.

"NATO tərəfdaşlarının Rusiya Federasiyasının beynəlxalq prinsiplərə zidd olan kəskin ritorikasına rəğmən həmrəy olduqlarına və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı kampaniyalarda heç nə dəyişməyəcəyinə dair mövqeyini bir daha səsləndirmələri vacibdir",- deyə D. Zalkaliani bildirib.

Nazir D. Zalkaliani vurğulayıb ki, görüşdə 2008-ci il Buxarest sammitində Gürcüstanın təşkilata üzvlüyünə dair qəbul edilmiş qərarın bir daha nəzərdən keçirilməyəcəyi, heç kəsin bu və ya digər bölgələri öz təsir zonası kimi nəzərə almaq hüququnun olmadığı bir daha bəyan edilib.



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər