Saytımızı qiymətləndirin


 
 

Ukrayna Təhlükəsizlik Xidmətinin generalı: “Moskva Kiyevlə döyüşmək istəmir”
Tarix: 16-01-2022 | Saat: 00:13
Bölmə:Karusel / Region | çapa göndər

Vasili Vovk

 

“Qərb mediasının və siyasətçilərin Moskvanın Ukraynaya müdaxilə ssenariləri ilə bağlı təkrar iddiaları Rusiya və NATO arasında təhlükəsizlik təminatlarına dair danışıqlar fonunda sadəcə məlumat kampaniyasıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu fikri şənbə günü Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin keçmiş rəisi, general Vasili Vovk səsləndirib.

Genral əlavə edib ki, bu gün Rusiyanın belə bir niyyəti yoxdur: "Bilmirəm niyə insanlar bütün bu ssenariləri təsvir edirlər. Nəzəri baxımdan hər şey mümkündür. Bəs niyə onları danışıqlar fonunda təsvir edirsiniz? Bu gün Rusiyanın belə bir niyyəti yoxdur. Rus xalqı belə hərəkətləri dəstəkləməzdi”.

Vasili Vovk Qərbdən belə bəyanatların tez-tez olmasına diqqət çəkib: “Məsələn, dekabrın 24-dən 25-nə keçən gecə Ukraynaya hücum olacaqdı, nə oldu bəs? ABŞ rəsmiləri, xüsusən də dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynadakı hərəkətlərinə haqq qazandırmaq üçün bu cür bəyanatlarla vəziyyəti gərginləşdirir. “Niyə elə iynələyirlər? Ukraynanı silah və partlayıcı anbara çeviririk”.



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər