Tarix: 01-03-2019 | Saat: 11:55
Bölmə:Karusel / Region | çapa göndər
Bərdədə daha bir körpə ölümü baş verib
"Qarabaginfo" ONA-ya istinadən xəbər verir ki, Bərdə rayonu Muğanlı kənd sakini, 1993-cü il təvəllüdlü Tükəzban İsmayıllının körpəsinin ölü vəziyyətdə ana bətnindən xaric olunması faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Qeyd edək ki, bu son günlər Bərdə Doğum Evində baş verən 5-ci körpə ölümüdür. Belə ki, fevralın 27-də Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Elnarə Abdullayevanın dünyaya gətirdiyi qız uşağı, fevralın 24-ü isə Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları ölüb.
Digər xəbərlər