Saytımızı qiymətləndirin


 
 

Rusiyada seçki təbliğatında iştirak edən miqrantlar ölkədən qovulacaq
Tarix: 03-09-2024 | Saat: 11:16
Bölmə:Karusel / Region | çapa göndər

Осмотр хода строительства нового здания площадью 13 тыс. кв. м для нужд московского военного комиссариата по адресу: ул. Яблочкова, д. 5. Фото: Максим Мишин, пресс-служба мэра и правительства Москвы.

Rusiyada seçki kampaniyasında iştriak edən miqrantlar ölkədən qovulacaq. 

Qarabaginfo.az RİA-Novosti-yə istinadən bildirir ki, bununla bağlı qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

Qanun layihəsində göstərilir ki, seçki təbliğatı aparan əcnəbilər Rusiya Federasiyasından çıxarılacaq.

Eyni zamanda xarici vətəndaşları seçkiqabağı təşviqat kampaniyasına cəlb etməyə görə inzibati cərimələrin 5 min rubldan 10 min rubla qədər artırılması təklif edilir.

Hüquqi və vəzifəli şəxslər üçün 5 min rubldan 10 min rubla qədər, hüquqi şəxslər üçün 50 min rubldan 100 min rubla qədər, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – seçkiqabağı təşviqat aparmağa görə 10 min rubl cərimə təklif olunur.

Layihə artıq Rusiya hökumətinə təqdim olunub.

Qanun layihəsinin təşəbbüskarı Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov və LDPR fraksiyasından olan deputatlar olub. “Qoy onlar təmizlik və abadlıq işləri görsünlər, əks halda inzibati cərimə və Rusiyadan qovulacaqlar”, – Nilov mətbuata bildirib.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər