Tarix: 13-01-2022 | Saat: 13:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ermənistan hökuməti Ermənistan və region üçün dinc inkişaf dövrünün açılması gündəmini ardıcıl olaraq irəli sürəcək”.
Qarabaginfo.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan yanvarın 13-də hökumətin iclasında deyib.
“Sərhəddə hələ də insidentlərimiz, itkilərimiz var. Biz öz siyasətimizi elan etmişik. Dedim ki, bizim prioritet vəzifələrimizdən biri ölkəmizin müdafiə qabiliyyətini daim təkmilləşdirməkdir. Ölkəmizin və elan etdiyimiz regionun dinc inkişafının gündəmini açmaq üçün bizə güclü əsəblər lazımdır, çünki çoxları daim nəyisə sübut etməyə çalışacaq, bizi bunun mümkün olmadığını düşünməyə sövq edəcək”, - Baş nazir bildirib.
Hökumət başçısı vurğulayıb ki, Ermənistanın ətrafında sabit və təhlükəsiz mühitin formalaşması üçün hər şey edilməlidir.
“Bu, bizim ən mühüm siyasi vəzifəmizdir, xüsusən də müharibədən və növbədənkənar parlament seçkilərindən sonra. Biz bu gündəmi ardıcıl olaraq irəli sürəcəyik”,- Paşinyan deyib.
Digər xəbərlər