Saytımızı qiymətləndirin


 
 

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib - FOTO
Tarix: 18-01-2022 | Saat: 10:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib - FOTO

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib. Onlayn formatda təşkil olunan toplantıda radiotezliklər spektrinin idarə edilməsi ilə bağlı hazırkı vəziyyət, mövcud problemlər və həlli vacib məsələlər müzakirə edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri, Dövlət Komissiyasının sədri Rəşad Nəbiyev komissiyanın yeni format və tərkibdə yaradılmasının bu sahədə olan boşluqların aradan qaldırılmasına və radiotezlik idarəçiliyi sahəsində işlərin effektiv qurulmasına təkan verəcəyinə əminliyini bildirib.

“Radiotezliklərin məhdud olması və ölkəmizdə texnoloji inkişaf fonunda tələbatın günbəgün artması radiotezlik spektrindən şəffaf, rasional, ədalətli və səmərəli istifadəni zəruri edir”, - deyə nazir vurğulayıb.

İclasın gündəliyinə daxil olan məsələlərə dair təqdimat dinlənilib, müzakirələr nəticəsində bir sıra vacib qərarlar qəbul olunub.

Dövlət Komissiyasının yeni tərkibi, “Azərbaycan Respublikasının radio xidmətləri arasında tezlik zolaqlarının ayrılması Cədvəli” və “Azərbaycan Respublikasının radiotezliklər spektrinin perspektiv istifadə planı” təsdiq edilib. Həmçinin daxil olmuş müraciətlərin bir qısminə baxılaraq, müvafiq qərarlar verilib.

Xatırladaq ki, Radiotezliklər üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb. Dövlət başçısının 18 dekabr 2021-ci il tarixli Fərmanı ilə Dövlət Komissiyasının Əsasnaməsi təsdiq edilib.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər