“Xocalı faciəsi zamanı Vitali Balasanyan ilana zəhər verən kərtənkələ rolunu oynayırdı...”
Tarix: 12-01-2022 | Saat: 08:11
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1388 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-01-2022 | Saat: 08:11
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Vitali Balasanyan çox başlar kəsib, qanlar töküb. O, çox cəlladlıq edib və ona görə də Allah qarşısına çıxarır. Allah dilsiz körpələrin ahını onlara göstərəcək, bu yerdə qalmayacaq”
Qarabaginfo .az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında səkkiz gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan Xocalı sakini Dürdanə Ağayeva terrorçu Vitali Balasanyan haqqında danışarkən deyib. D.Ağayeva Xocalı sainlərinə V.Balasanyanın göstərişi ilə işgəncə verildiyini bildirib:
“Xocalı faciəsi zamanı Vitali Balasanyan ilana zəhər verən kərtənkələ rolunu oynayırdı. Şəxsən özü heç kimi vurub, işgəncə verməzdi. Ancaq kənardan durub tamaşa edirdi. Çünki o, şəhid Milli Qəhrəmanımız Allahverdi Bağırova söz verib ki, heç bir Xocalı sakininə əl qaldırmayacaq. Həm də Xocalı sakinlərinin qaytarılmasında Allahverdi Bağırova kömək edəcəyini bildirib.
Özü əsirləri döyməsə də, komadir idi, bütün göstərişləri özü verirdi. Bir dəfə əsirlikdə olan soydaşımız Faiq Əliməmmədovu Karo güllələdi. Onda da Vitali Allahverdi Bağırova dedi ki, bu işdən xəbərim olmayıb və Karo özbaşına Faiqi güllələyib. Vitali özünü elə aparırdı ki, bunun sanki heç bizimlə düşmənçiliyi yox idi”.
Qeyd edək ki, əməkdaşımızın verdiyi xəbərə görə Vitali Balasanyan ürəyindən əməliyyat olunub.
Xəbəri paylaş
Digər xəbərlər
11-12-2021, 11:20
Xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar verildi
6-05-2022, 06:32
Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək
29-11-2024, 14:24
Rusiya XİN: Ermənistanla razılaşmalara sadiqik
25-06-2023, 11:46
Qarabağın inkişaf etməsini istəyirik - İran səfiri
23-02-2022, 21:45
Estoniyalı diplomatlar Ukraynada qalacaqlar
29-09-2024, 09:18
Hakan Fidan: Netanyahu müharibənin bölgəyə yayılmasını istəyir
16-08-2022, 17:44
Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilir














