Ana Sayfa > Karusel / Qarabağ > “Xocalı faciəsi zamanı Vitali Balasanyan ilana zəhər verən kərtənkələ rolunu oynayırdı...”
“Xocalı faciəsi zamanı Vitali Balasanyan ilana zəhər verən kərtənkələ rolunu oynayırdı...”12-01-2022, 08:11. Yazar: Admin |
“Vitali Balasanyan çox başlar kəsib, qanlar töküb. O, çox cəlladlıq edib və ona görə də Allah qarşısına çıxarır. Allah dilsiz körpələrin ahını onlara göstərəcək, bu yerdə qalmayacaq”
Qarabaginfo .az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında səkkiz gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan Xocalı sakini Dürdanə Ağayeva terrorçu Vitali Balasanyan haqqında danışarkən deyib. D.Ağayeva Xocalı sainlərinə V.Balasanyanın göstərişi ilə işgəncə verildiyini bildirib:
“Xocalı faciəsi zamanı Vitali Balasanyan ilana zəhər verən kərtənkələ rolunu oynayırdı. Şəxsən özü heç kimi vurub, işgəncə verməzdi. Ancaq kənardan durub tamaşa edirdi. Çünki o, şəhid Milli Qəhrəmanımız Allahverdi Bağırova söz verib ki, heç bir Xocalı sakininə əl qaldırmayacaq. Həm də Xocalı sakinlərinin qaytarılmasında Allahverdi Bağırova kömək edəcəyini bildirib.
Özü əsirləri döyməsə də, komadir idi, bütün göstərişləri özü verirdi. Bir dəfə əsirlikdə olan soydaşımız Faiq Əliməmmədovu Karo güllələdi. Onda da Vitali Allahverdi Bağırova dedi ki, bu işdən xəbərim olmayıb və Karo özbaşına Faiqi güllələyib. Vitali özünü elə aparırdı ki, bunun sanki heç bizimlə düşmənçiliyi yox idi”.
Qeyd edək ki, əməkdaşımızın verdiyi xəbərə görə Vitali Balasanyan ürəyindən əməliyyat olunub.
Geri dön |