Saytımızı qiymətləndirin


 
 

“Bakı-Tbilisi-Ceyhan kəmərini partlatmalı idik” - Erməni terrorçular
Tarix: 11-01-2022 | Saat: 08:10
Bölmə:Karusel / Multimedia | çapa göndər

“Bakı-Tbilisi-Ceyhan kəmərini partlatmalı idik”

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin DTX-də aparılmış cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci ildə saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib. Onların həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb. 

Təqsirləndirilən Sarqsyan İşxan Aşotinin ifadəsində bildirib ki, mayın 24-də komandanlıqdan yola düşmək üçün əmr alıb: "Mayın 25-də əmr aldım ki, ərazinin kəşfiyyatını edim. Yolları minalayaq və bağlayaq, tikanlı məftillər çəkək. Komandanlıqdan əmr almışdıq ki, kimləsə rastlaşsaq, konfliktə girməyək. Mənə minanın hansı ərazidə basdırmağı şəkillərlə göstərmişdilər. Sonra gördük ki, Azərbaycan əsgərləri gəlir. Onlar xəbərdarlıq atəşi açdılar. Biz də öz aramızda danışdıq və konfliktə girməyərək təslim olduq. Biz xüsusi təyinatlı qüvvələrin əsgərləri olmuşuq. Bizə demişdilər ki, Azərbaycanın təminat yolunu bağlamaq lazımdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmalı idik. O əməliyyatı da mənə tapşırmışdılar. Planımı elə qurmuşdum ki, insan tələfatı olmasın".

Digər təqsirləndirilən Rafaelyan Vladimir isə mayın 26-da komandirlərlə birlikdə Basarkeçərə gəldiyini deyib: "Mən komandirin əmri ilə xüsusi təyinatlılara qoşuldum. İşxan rəhbərim idi. Gecə Kəlbəcər rayonuna daxil olduq".(Qafqazinfo)



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər