Saytımızı qiymətləndirin


 
 

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmayıb - VİDEO
Tarix: 28-05-2024 | Saat: 19:07
Bölmə:Karusel / Region | çapa göndər

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmayıb - VİDEO

Ermənistan polisi katolikos II Qaregini Ermənistanın Armavir vilayəti yaxınlığındakı “Sadrarapat” memorial kompleksinə buraxmayıb.

Qarabaginfo.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, onu müşayiət edən şəxslərlə birlikdə kompleksə gələn katolikosa giriş icazəsinin olmadığı bildirilib.

Buna səbəb kimi onunla eyni vaxtda Baş nazir Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlament sədri Alen Simonyanın da bu məkanı ziyarət etməsi göstərilib.

Yerli mediada dərc olunan yazılarda isə bu məsələdə başqa səbəblərin olduğu, həmin olayın II Qareginin əsl peşəsi keşiş olan Baqrat Qalstanyanın siyasi proseslərə qoşulmasında rol oynadığına görə atıldığı bildirilib.

Məqalələrdə II Qaregin ölkənin ruhani ideologiyası və kilsə ənənələrini dağıtmaqda, habelə cəmiyyət arasında düşmənçilik və nifrət toxumları səpməkdə günahlandırılır:

“Qaregin məhz bu cür münasibətə layiqdir. Çünki kilsəni uçuruma məhz onun özü sürükləyib. İndi isə qoy özünün dondurulmuş statusu ilə fəxr etsin”, bildirilir.

 



Xəbəri paylaş

144 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 13:23Sabahın havası