Tarix: 08-01-2022 | Saat: 20:42
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Rusiya çoxdan bunu təbliğ edirdi. İki ay idi ki, Jirnovski deyirdi ki, Qazaxıstanda çaxnaşma olacaq, orda yaşayan ruslara da deyirdi ki, köçün və Rusiyaya da deyirdi ki, o insanlara pasport verin. Bu daha doğrusu 12 noyabrdan sonra Rusiyada aparılan bir təbliğat idi. Türkdilli Dövlətlərin Şurası Türkdilli Dövlətlər Təşkilatına çevrildi və Turan məsələsi gündəmə gələn kimi Rusiya aqressivləşdi, həm də onların bütün telekanallarında türk dünyasına, Türkiyəyə qarşı təbliğat başlanıldı. Artıq bunlar elan etdilər ki, Qazaxıstan toypaqları onların keçmiş torpaqlarıdır və ondan sonra gördünüz ki, Tatarıstanın muxtariyatını ləğv elədilər. Yəni bütün bunlar hamısı əvvəlcədən planlaşdırılmış bir ssenari idi”
Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyev Tokayevin qazax xalqına xəyanət etdiyini bildirib:
“28 dekabrda isə Nazarbayev buna razılıq verməyib. Amma Tokayev isə əvvəlcədən Rusiyanın əlində olub. O, özü və ailəsi Rusiya vətəndaşıdır, qazax dilində də normal danışa bilmir. Tokayev Nazarbayevin qohumudur, hakimiyyətə gətiriblər, amma adam Qazaxıstanın maraqlarını Rusiyaya satdı. Burda Rusiya Ukrayna variantını açıq şəkildə təbliğ edə bilmədi. Daha doğrusu onu istədi ki, həyata keçirsin, amma alınmadı. İstəyirdilər ki, Ukraynadakı kimi Qazaxıstanda da rusların yaşadığı iki əyaləti götürsünlər, onları qorumaq adıyla hərəkət etsinlər. Amma Rusiyanın burda bir az indiyə kimi istifadə etdiyi metodların heç biri effekt vermədi. Rusiyanın üç minlik orduyla ora girməsi artıq Qazaxıstanın işğalı deməkdir. Təəssüf ki, Türkdilli Dövlətlər Təşkilatı gecikdi. Yəni həmişə bizim türk olaraq problemimiz var. Biz yaranmış problemi həll etməklə ad çıxarmışıq, amma problemin yaranmağının qarşısını almaqla deyil. Rusiyanın bu problemi yaradacağını görürdük. Azərbaycan mediası da bunu yazırdı. Amma təəssüf ki, yenə gecikdik.
Amma Rusiya böyük yanlışlığa yol verdi. Qazaxıstan ərazisinə görə böyük türk dövlətləri içərisində birinci onluğa girir. Qazaxıstanın belə işğal edilməsi təkcə Rusiyanın yox, Çinin də marağındadır. Çünki dünya uran resurslarına görə Qazaxıstan birinci yeri, neft və qaz resurslarına görə isə 11 və 12-ci yeri tutur. Yəni belə bir üstünlüyü olan, eyni zamanda böyük ipək yolunun keçdiyi ərazi təbii ki, Çinin və Rusiyanın nəzarətindən kənarda qala bilməzdi. Qazaxıstanın razılıq verib Türkdili Dövlətlər Təşkilatına girməsi Qazaxıstan üçün problem yaratmışdı.
Görün dünya nə gündədir ki, provaslavların lideri Kiril belə deyir ki, Qazaxıstan torpaqları Rusiyanın torpaqlarıdır. Halbuki bütün Orenburq vilayəti Qazaxıstanın ərazisidir. Tatarıstanla olan əlaqəsini də kəsdilər. Açığını deyək ki, Qazaxıstan Turanın yaradılmasının qarşısını almaq üçün Rusiyanın bir layihəsidir, amma bu çox uğursuz olacaq, sonu pis qurtaracaq. Qazaxıstanda olan rusları qazaxlar ordan çıxaracaqlar. Bu birmənalıdır. Qazaxıstan bir millət kimi təmizlənəcək. İkincisi Tokayevin bütün nəslini qıracaqlar. Çünki qazaxların tarixinə nəzər salsanız, bu belədir. Üçüncüsü Nazarbayev də burda xəyanət elədi. Yəni konstitutsiyaya görə Nazarbayev hələ Təhlükəsizlik Şurasının sədridir, Tokayev kimdir ki, onu kənarlaşdırsın. Ortada olan odur ki, tək Nazarbayevin xaricdə 80 milyard dollarlıq əmlakı və pulu var. Ailəsiylə birlikdə götürəndə bu rəqəm 200 milyardı keçir. Belə bir şəraitdə təbii ki, Nazarbayev çalışacaq ki, Rusiyanın əliylə bu işlər olsun. Bütün hallarda Tokayev qazax xalqına, bütün türk dünyasına xəyanət elədi və Qazaxıstanın suverenliyi hələ ki, müvəqqəti də olsa böyük sual işarəsi altındadır”.
Digər xəbərlər