Macarıstan Rusiya qazını rublla almağa qərar verib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər naziri Peter Siyyarto bildirib.

"Budapeşt Rusiya Federasiyasının qazından 85%, neftindən isə 65% asılıdır, buna görə də yaxın beş ildə Rusiyadan idxaldan imtina etmək üçün alternativ variantları yoxdur", - XİN başçısı deyib. 

O, CNN telekanalına müsahibəsində qeyd edib ki, ölkə enerji resursları üçün Rusiya rublu ilə ödəniş edəcək və Moskvanın təklif etdiyi hesablaşma sxemindən istifadə edəcək: "Çünki bunu infrastruktur müəyyən edir. Bu əylənmək üçün deyil, bu vəziyyəti biz seçməmişik".