Saytımızı qiymətləndirin


 
 

DTX əməkdaşlarının sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq
Tarix: 08-01-2022 | Saat: 14:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

DTX əməkdaşlarının sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq

Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladğı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə olunan yeni maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin xəzinə hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Fərmana əsasən, Nazirlər Kabinetinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə həmin Xidmətin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək tapşırılıb.



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər
21-10-2020, 13:29 Sabahın hava PROQNOZU


Dünən, 14:45Tofiq Hüseynov - 70