“Əziz qazax qardaş və bacılar. Dayanın! Uca Allaha and olsun ki, bu, xeyirə aparmayacaq” – deyə Kadırov vurğulayıb.
Çeçenistan rəhbəri əlavə edib ki, qazın hazırkı bahalaşması sabah Qazaxıstan üçün daha az problem sayılacaq: “Çünki hər şey bahalaşacaq, ancaq siz xarabalıqlarda yaşayacaqsınız. Bu gün siz varlığınızı sübut etdiniz, artıq bəsdir! Etdikləriniz doğru deyil. Niyə yandırmaq, məhv etmək, oğurlamaq lazımdır?. Mən indi qardaş qazax xalqı və Qazaxıstan üçün təəssüflənirəm” – deyə Kadırov fikirlərini tamamlayıb.