Saytımızı qiymətləndirin


 
 

Rəsulzadə haqda tapşırıq verildi: plan hazırlanacaq
Tarix: 10-01-2024 | Saat: 10:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rəsulzadə haqda tapşırıq verildi: plan hazırlanacaq

 

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında da müzakirələr aparılıb.

 

Qurumdan Qarabaginfo.az-a verilən xəbərə görə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamda Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri kimi XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli Akademiyanın bir sıra elmi müəssisələrində Rəsulzadənin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, sözügedən Sərəncamın onun irsinin yenidən araşdırılmasına işıq salacağını söyləyib.

 

Daha sonra Sərəncamın icrasını təmin etmək məqsədi ilə Akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın Tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər
4-03-2023, 12:17 Şoyqu Ukraynaya GETDİ