Ana Sayfa > Karusel / Region > Kadırov etirazçılara səsləndi: “Əziz qazax qardaş və bacılar dayanın! bu, xeyirə aparmayacaq”

Kadırov etirazçılara səsləndi: “Əziz qazax qardaş və bacılar dayanın! bu, xeyirə aparmayacaq”


7-01-2022, 20:28. Yazar: Admin
Çeçenistan Başkanı Kadirov görevini 'geçici bir süreliğine' bıraktı - Son Dakika Dünya
Çeçenistan rəhbəri Ramzan Kadırov Qazaxıstandakı iğtişaşların iştirakçılarına müraciət edərək, onları öz gələcəkləri naminə dayanmağa səsləyib. Qarabaginfo.az  xarici mediaya istinadən xəbər verir ki, Kadırov etirazlardan sonra qazaxıstanlıların vəziyyətinin əvvəlkindən də pis ola biləcəyini deyib:

“Əziz qazax qardaş və bacılar. Dayanın! Uca Allaha and olsun ki, bu, xeyirə aparmayacaq” – deyə Kadırov vurğulayıb.

Çeçenistan rəhbəri əlavə edib ki, qazın hazırkı bahalaşması sabah Qazaxıstan üçün daha az problem sayılacaq: “Çünki hər şey bahalaşacaq, ancaq siz xarabalıqlarda yaşayacaqsınız. Bu gün siz varlığınızı sübut etdiniz, artıq bəsdir! Etdikləriniz doğru deyil. Niyə yandırmaq, məhv etmək, oğurlamaq lazımdır?. Mən indi qardaş qazax xalqı və Qazaxıstan üçün təəssüflənirəm” – deyə Kadırov fikirlərini tamamlayıb.


Geri dön