Saytımızı qiymətləndirin


 
 

Çin sədri: "Qazaxıstanda “rəngli inqilablar”ı qızışdırmaq cəhdlərini rədd edirik"
Tarix: 07-01-2022 | Saat: 17:36
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Si Cinpin, Kasım-Jomart Tokayev

 

Çin qəti şəkildə Qazaxıstanın sabitliyinə zərər verən, ölkənin təhlükəsizliyini təhdid edən və qazax xalqının dinc həyatını sabotaj edən istənilən qüvvəyə qarşıdır.

Qarabaginfo.az-ın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Sədri Sİ Cinpinin Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevə ünvanlanmış şifahi mesajında bildirilib.

"Çin xarici qüvvələrin Qazaxıstanda iğtişaşlar törətmək və “rəngli inqilablar”ı qızışdırmaq cəhdlərini, eləcə də Çin və Qazaxıstan arasında dostluğa xələl gətirmək və iki ölkənin əməkdaşlığını pozmaq cəhdlərini qəti şəkildə rədd edir".

Si Cİnpin həmçinin qeyd edib ki, “qardaş qonşu və dəyişməz strateji tərəfdaş olan Çin Qazaxıstana lazımi dəstəyi göstərmək və bu ölkənin çətinliklərin öhdəsindən gəlməsi üçün əlindən gələni etməyə hazırdır”.(Apa)



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər