Tarix: 07-01-2022 | Saat: 17:33
Bölmə:Karusel / Region | çapa göndər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanda hərbi əməliyyatlara cəlb olunmayacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Qazaxıstan tərəfi ilə razılığa əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ölkədə asayişin bərqərar olması üçün yerli hüquq-mühafizə orqanlarının və ordu hissələrinin apardığı əməliyyat-döyüş fəaliyyətinə cəlb edilmir”, - deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, Qazaxıstana göndərilən KTMT sülhməramlıları həyati əhəmiyyətli obyektlərin, aerodromların, əsas infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər: "Qazaxıstan Respublikasına göndərilən KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin bölmələri öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Sülhməramlı kontingentin bölmələri həyati əhəmiyyət kəsb edən obyektlərin, aerodromların, əsas sosial infrastruktur obyektlərinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir".
Digər xəbərlər