Ana Sayfa > Karusel / Region > Rusiya MN sülhməramlıların Qazaxıstandakı vəzifələrini açıqlayıb
Rusiya MN sülhməramlıların Qazaxıstandakı vəzifələrini açıqlayıb7-01-2022, 17:33. Yazar: Admin |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanda hərbi əməliyyatlara cəlb olunmayacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. “Qazaxıstan tərəfi ilə razılığa əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ölkədə asayişin bərqərar olması üçün yerli hüquq-mühafizə orqanlarının və ordu hissələrinin apardığı əməliyyat-döyüş fəaliyyətinə cəlb edilmir”, - deyə məlumatda vurğulanıb. Qeyd olunub ki, Qazaxıstana göndərilən KTMT sülhməramlıları həyati əhəmiyyətli obyektlərin, aerodromların, əsas infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər: "Qazaxıstan Respublikasına göndərilən KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin bölmələri öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Sülhməramlı kontingentin bölmələri həyati əhəmiyyət kəsb edən obyektlərin, aerodromların, əsas sosial infrastruktur obyektlərinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir". Geri dön |