Saytımızı qiymətləndirin


 
 

Polşa Ukraynaya 1,6 milyard dollarlıq silah verib
Tarix: 23-04-2022 | Saat: 19:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polşa Ukraynaya 1,6 milyard dollarlıq silah verib

Polşa Ukraynaya 1,6 milyard dollarlıq silah-sursat göndərib.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Petr Müller bildirib.

“Polşa Ukraynaya 7 milyarda yaxın zlotı dəyərində hərbi texnika verib. Bu, 1,6 milyard dollardan çoxdur”, - deyə Müller ölkənin Baş naziri Mateuş Moraverskidən alınmış məlumat əsasında yazıb.

Onun sözlərinə görə, bu silahlar “Ukraynanın və Polşanın suverenliyini xilas edəcək”.

Polşanın hakimiyyət orqanları bir müddət əvvəl bəyan etmişdilər ki, Ukraynaya müxtəlif silahlar, o cümlədən minomyotlar, dronlar, döyüş sursatı göndərilir.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Ukraynaya silah və maliyyə yardımı göstərməkdə davam edirlər.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər