Saytımızı qiymətləndirin


 
 

Türk Dövlətləri Təşkilatı Qazaxıstana hərbi yardım göndərə bilərmi?
Tarix: 06-01-2022 | Saat: 15:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türk Dövlətləri Təşkilatı Qazaxıstana hərbi yardım göndərə bilərmi?

Qazaxıstanda qazın qiymətinin artırlıması ilə başlayan etirazlar kütləvi iğtişaşa çevrilməsi  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələnib. Bu ölkənin rəsmən təmsil olunduğu Türk Dövlətləri Təşkilatı *TDT) isə məhz bundan sonra bəyanat yayıb. TDT-nin ləngliyi nə ilə əlaqədardır?

"Bu hadisələr, ilk növbədə, ölkənin daxili məsələsi kimi diqqəti cəlb etmişdi və ilkin mərhələdə sosial etiraz dağlası fonunda baş verən proses kimi qiymətləndirilirdi".

Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elman Nəsirov yenisabah.az-a məsələnin izahını verib.

Onun sözlərinə görə, sıxılmış qaz qiymətinin birdən-birə 2 dəfə (60 təngədən 120 təngəyə) artmasına insanların etirazı daha sonra siyasi tələblərə çevrilib, İstefa tələbi hökumət və inzibati binaların ələ keçirilib yandırılması, məişət və iaşə obyektlərinin talanması artıq etirazların məzmununu tamamilə dəyişdirdi. Hətta ölkə prezidenti Kasım-Jomart Tokayevin etirazçıların tələblərinə cavab verərək hökuməti istefaya göndərməsi, qiymətləri əvvəlki səviyyəyə endirməsi  vəziyyəti dəyişmədi.

Tokayevin xalqa 2 müraciətindən məlum oldu ki, bu, Qazaxıstana xaricdən olan təhdiddir, terror hərəkətləridir, xaricdə hazırlanmış mütəşəkkil cinayətkar dəstələrin Qazaxıstana yeridilməsi və Qazaxıstanda hakimiyyəti devirmək cəhdiddir. Buna qədər hadisələr Qazaxıstanın daxili məsələsi hesab olunurdu. Bu nöqteyi-nəzərdən Türk Dövlətləri Təşkilatının (TDT) bu məsələyə rəy bildirməsi Qazaxıstanın daxili işinə müdaxiləsi sayılardı”.

Elman Nəsirov əlavə edib: “Amma indi-indi məsələlərin məzmunu dəyişməkdədir və artıq Qazaxıstan hakimiyyəti ilə yanaşı, KTMT də prosesi məhz xarici təhdid kimi qiymətləndirib və hərbi yardım göstərilməyə başlanılıb. Belə olan vəziyyətdə Qazaxıstanın üzv olduğu TDT də konkret bəyanat verib.

"Əslində, TDT siyasi bir qurumdur, hərbi təşkilat deyil. Ona görə də, Qazaxıstana hər hansı bir hərbi dəstək göstərə bilməz”, - deyə millət vəkili əlavə edib.



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər
11-04-2024, 09:50 Yasamal rayonunda YANĞIN