Tarix: 06-01-2022 | Saat: 08:17
Bölmə:Karusel / Dünya | çapa göndər
Almaniya hökuməti İzerlon şəhərində Yeni il gecəsi müsəlman qəbiristanlığında törədilən təxribatı pisləyib.
Qarabaginfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Bundestaqın üzvü Frank Şvabe tviter səhifəsində yazıb.
"Müsəlmanlar təkcə sağlığında deyil, öldükdən sonra da ölkəmizin bir parçasıdır. Qəbiristanlığa hörmət etməyənlər islamofoblar və ksenofoblardır. Bununla birlikdə mübarizə aparmalıyıq", - Şvabe qeyd edib.
Bundestaq nümayəndəsi vurğulayıb ki, Almaniya hökuməti dini etiqad azadlığına riayət olunmasına cavabdehdir.
"İstənilən dinə və dünyagörüşünə mənsub olmaq insanların müstəsna hüququdur. Vicdan və etiqad azadlığının məhdudlaşdırılması qorxulu intibah dövrünü yaşayır. Biz bununla razılaşa bilmərik", - Şvabe əlavə edib.
Xatırladaq ki, Yeni il gecəsi Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.(Report)
Digər xəbərlər