"Biz Ukrayna ilə daha fəal və səmərəli danışıqlar aparmaq istərdik".
Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Düzdür, müəyyən proseslər gedir. Lakin biz daha məzmunlu danışıqlar arzulayırıq”, - o bildirib.
D.Peskov, həmçinin iddia edir ki, jazırda dünyada rusafobiya yayılıb. “Bunun qarşısını almaqdan ötrü çox az tədbir var. Çünki beynəlxalq hüquq faktiki olaraq işləmir”, - o söyləyib.