Saytımızı qiymətləndirin


 
 

Paşinyan 2022-ci ildə hakimiyyətdən gedəcək - Babayan - VİDEO
Tarix: 05-01-2022 | Saat: 13:50
Bölmə:Karusel / Region | çapa göndər

 

Paşinyan 2022-ci ildə hakimiyyətdən gedəcək.

Qarabaginfo.az erməni mediasına istinadla xəbər verir ki, bunu İslahatçılar Partiyasının sədri, sabiq deputat Vahan Babayan FaktXəbər-ə bildirib.

O, 2021-ci ili  müasir Ermənistan tarixində ilk kapitulyasiya ili adlandırıb.

“Əslində, 2021-ci il müstəqil Ermənistanın müasir tarixində ilk kapitulyasiya ili olub.  Bundan əvvəl, demək olar ki, 30 ilə yaxındır ki, bizim istər xarici, istərsə də daxili siyasətdə başqa ölkə, fərqli reallıqlar, prinsiplər olub. Prioritetlər və təhlükəsizlik sektoru tamamilə fərqli idi. Haqqında danışdığınız şəxsin təkcə son mətbuat konfransında deyilənlər deyil, bütün açıqlamaları təslimçilik xarakteri daşıyır”, – deyə Babayan bildirib.

Daha sonra Paşinyan hakimiyyətinin yürütdüyü siyasəti tənqid edib.

“2018-ci ildən bu hökumətin yeritdiyi siyasət Arsax məsələsinin məntiqini, Qarabağın azadlıq mübarizəsi tarixini dəyişmək məqsədi ilə həyata keçirilib və etiraf etmək lazımdır ki, onlar buna nail olublar”.

Babayan Paşinyana səs verdikləri üçün təəssüfləndiyini də vurğulayıb.

“Təəssüflər olsun ki, biz təkcə xarici qüvvələrin və konkret rəqəmlərin deyil, həm də xalqımızın köməkliyi ilə nail olduq ki, indiki iqtidara səs verdik və bununla da dövlət başçısının siyasətini davam etdirməyə imkan verdik ki, bu da Rusiyadan uzaqlaşmağa təsirini göstərir. Bu reklam olunmur, amma siyasətçilər, ekspertlər və analitiklər həm Ermənistanda, həm Rusiyada, həm də xaricdə hər şeyi mükəmməl başa düşürlər. Və ilin sonunda verdiyi bəyanatla Paşinyan əslində sirləri açdı ki, insanlar açıq danışa bilsinlər”.

Vahan Babayan Qarabağı Ermənistan ərazisi kimi qələmə verib.

“Bilirsinizmi, Arsax təkcə Ermənistan ərazisi deyil və problemlər 2018-ci ildə yox, xeyli əvvəl başlayıb. Belə çıxır ki, 2022-ci ildə biz başqa mərhələyə keçəcəyik, burada Ermənistan iştirak etməyəcək. Artıq azadlıq mübarizəsi siyasətini, Arsaxın öz müqəddəratını təyinetmə siyasətini, yəni azadlıq hərəkatının 30 ildir başladığı siyasəti Ermənistan davam etdirməyəcək. 44 günlük müharibə, deyə bilərik ki, tarixi dəyişdirdi”, – keçmiş deputat deyib.

Separatçıların lideri Araik Arutyunyanın verdiyi  “bəyanatları” Babayan gecikmiş hesab edib.

“Mən Artsax rəhbərliyinin verdiyi sərt bəyanatları çox gec adlandırardım. Yaxşı olardı ki, belə cavabları vaxtında verəydilər və Ermənistan hakimiyyətinin Qarabağ əleyhinə siyasət apardığını bildirəydilər. İnanmıram ki, Arsax erməniləri, yəni Arsaxdan qalan əraziləri nəzərdə tuturam, Azərbaycanın tərkibində statusa razılıq veriblər. Yaxşı ki, onlar heç olmasa indi bunu elan etdilər”, – Babayan sərsəmləyib.

Sonda Babayan 2022-ci ildə Paşinyanın hakimiyyətdən gedəcəyini bildirib.(konkret.az)

 



Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər