Saytımızı qiymətləndirin


 
 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə İrlandiyada görüşüb
Tarix: 22-09-2026 | Saat: 07:53
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə İrlandiyada görüşüb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Ukrayna Prezidenti Volodimir Zelenski ilə İrlandiyanın Şennon hava limanında görüşüb.

Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, görüş sentyabrın 21-də baş tutub. Digər mənbə isə Retkliff və Zelenskinin təyyarələrinin yanacaqla doldurulduğu vaxt söhbət etdiklərini bildirib. Görüşdə müzakirə olunan məsələlər açıqlanmayıb.

“Financial Times” daha əvvəl Retkliffin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda daha fəal rol oynamağı planlaşdırdığını yazmışdı. CIA-nın mətbuat xidmətinin rəhbəri Liz Layons isə bu məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Retkliff avqustun 25-də Moskvaya da səfər etmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həmin səfərin iki ölkənin xüsusi xidmət orqanları arasındakı təmaslarla əlaqəli olduğunu açıqlamışdı.



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər
22-06-2020, 11:46 Faktiki hava açıqlandı