Tarix: 03-01-2022 | Saat: 22:14
Bölmə:Karusel / Region | çapa göndər
“Azərbaycan torpaqları 30 ildir işğal altında idi. Heç kim heç nə etmirdi. 44 günlük əməliyyatdan sonra Minsk qrupunun həmsədrləri İlham Əliyevin qarşısına çıxdı. Cənab Əliyev deyir ki, 30 il idi harada idiniz? Önəmli olan cənab Əliyevin möhtərəm prezidentimizin uzaddığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra 3+3 əlaqələr Qafqazda sabitliyin təmin edilməsidir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Naziri Hulusi Akar “Hürriyyet” gəzetinə müsahibəsində deyib.
“Bu, çıxılmaz küçədir. O, (Ermənistan) sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola girdi. Arzumuz odur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”.(Apa)
Digər xəbərlər