Tarix: 12-01-2022 | Saat: 13:34
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığında Dağlıq Qarabağdakı vəziyyəti və Qazaxıstandakı sülhməramlı kontingentin fəaliyyətini müzakirə ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi nəzərə alınaraq, Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatının gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Sülhməramlı kontingentin respublikada vəziyyətin normallaşmasına töhfə verən səmərəli əlaqələndirilmiş hərəkətləri qeyd edilib”, - deyə məlumatda bildirilir.
“Qarabağ ətrafında mövcud vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış sazişlərin icrasının bəzi məsələləri müzakirə edilib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb”, - Kreml qeyd edib.
Digər xəbərlər