Saytımızı qiymətləndirin


 
 

Müharibə yaxın həftələrdə başlayacaq?
Tarix: 01-01-2022 | Saat: 13:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın yaxın həftələrdə Ukraynaya hücum etməsi ehtimalı 50 faizi keçir. Moskva ilə Vaşinqton arasında təhlükəsizlik danışıqlarının yanvarın 10-dan 13-nə qədər planlaşdırılmış raundunun necə yekunlaşmasından asılı olmayaraq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Fox News” kanalının saytında dərc edilmiş məqaləsində ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti, “Lindsey Group” mərkəzində  strateji kəşfiyyat analitiki olan Rebbeka Koffler yazır. O, həm də “Putinin qaydaları: Rusiyanın Amerikaya üstün gəlmək üçün gizli planı” adlı kitabın müəllifidir.

Müəllif qeyd edir ki, Rusiyanın Ukrayna ilə həmsərhəd cənub regionlarındakı səhra düşərgələrinə yerləşdirilmiş qoşunlardan 10 min hərbçinin daimi dislokasiya yerlərinə qaytarıldığı haqda bu günlərdə yayılmış xəbər aldadıcı manevrdir. Çox güman ki, qoşunların yerdəyişməsidir və Rusiya ordusunun Ukrayna istiqamətində cəmləşdirilmiş birləşmələrinin hücum potensialını aşağı salmır. “Hərbi ritorikanı gah artıran, gah azaldan və qüvvələrin düzülüşünü dəyişdirən Putin özünün əsl niyyətlərinin nədən ibarət olduğu barədə Vaşinqtonunun beynini məşğul etməyə, hücum başlayanda  taktiki gözlənilməzliyi təmin etməyə çalışır”, - müəllif bildirir.

Amerikalı kəşfiyyatçı hesab edir ki, Putinin hərəkətə keçmək niyyəti şübhəsizdir. Ötən həftə o, özünün müdafiə nazirinin dili ilə Ukraynaya gözlənilən hücuma haqq qazandırıb. Rusiya prezidenti görünür belə hesab edir ki, ABŞ-da hakimiyyətdə Baydenin olmasından və Ukraynanın NATO-ya daxil olmamasından istifadə edib onun şərq hissəsini götürmək olar.

 

Məqalədə deyilir ki, son günlər ərzində Putinin və digər Rusiya rəsmilərinin NATO-nun Rusiyanı təhdid etdiyi barədə bəyanatları da müharibəyə bəhanə hazırlamaq məqsədi güdür. Rusiyanın təqdim etdiyi təhlükəsizlik təminatı sənədi layihəsinə necə cavab verilməsindən asılı olmayaraq Kreml iddia edir ki, ABŞ onları aldadıb və nəticədə Vaşinqtona etibar etmək olmaz.

“Bu həftənin əvvəlində isə Rusiyanın müdafiə nazirinin müavini general Fomin NATO-nun Rusiya ilə yüksək intensivlikli irimiqyaslı münaqişəyə hazırlaşdığını deyib. Həmin gün xarici işlər naziri Lavrov bildirib ki, ABŞ Ukraynada “kiçik müharibəcik” qızışdırmağa və bütün günahı Rusiyanın üzərinə atmağa çalışır”, - müəllif xatırladır.

Məqalədə deyilir ki, Rusiya qoşunları üçün şaxta həmişə olduğu kimi, qorxulu deyil. Görünür Rusiya hesab edir ki, belə şaxtada Qərb Ukraynanın köməyinə gəlməz. “Təəssüf ki, Bayden administrasiyasında özünü “ekspert” adlandıranlar Rusiya ilə münasibətləri “yenidən format etməyə” çalışırlar və bununla da Putinin tələsinə düşəcəklər”, - Koffler yazır.(virtualaz.org)



Xəbəri paylaş

1304 dəfə oxunub.

Digər xəbərlər