Tarix: 31-12-2021 | Saat: 09:48
Bölmə:Karusel / Dünya | çapa göndər
“ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə telefon danışığında Rusiyanın Ukraynaya təcavüz edəcəyi təqdirdə Vaşinqton və müttəfiqlərinin qəti cavab verməyə hazır olduğunu açıqlayıb”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psakinin yaydığı yazılı açıqlamada bildirilib.
Qeyd edilib ki, telefon danışığı zamanı prezident Bayden Rusiyanı Ukrayna ilə gərginliyi azaltmağa çağırıb: “Bayden açıq şəkildə bildirib ki, Rusiya gələcəkdə Ukraynanı işğal edərsə, Birləşmiş Ştatlar və onun müttəfiqləri, habelə tərəfdaşları qətiyyətli cavab verəcəklər”.
Xatırladaq ki, liderlər arasında bu gün baş tutan söhbətin təşəbbüskarı Putin olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumata görə, söhbətin məqsədi liderlər arasında əvvəlki söhbətin gündəliyində olan məsələlərin, eləcə də 2022-ci ilin yanvarında keçiriləcək danışıqların müzakirəsini davam etdirməkdir.
Digər xəbərlər