Saytımızı qiymətləndirin


 
 

Baş Qərargah rəisi Laçında - Fotolar
Tarix: 30-12-2021 | Saat: 17:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Qərargah rəisi Laçında

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Laçın rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.

Qarabaginfo.az xəbər verir ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan şəxsi heyətlə görüşən Baş Qərargah rəisi dövlət sərhədində, o cümlədən Qaragöl gölü istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün lazımi tapşırıqlar verib.

Sonra hərbi birliyin şəxsi heyəti ilə  xidməti müşavirə keçirilib, 2021-ci ilin yekunları təhlil olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə nazirinin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi psixoloji durumunun yaxşılaşdırılması istiqamətində aparılan işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Xidməti döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Müşavirədə polkovnik Münasib Babayevə “general-mayor” ali hərbi rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı oxunub, ona gələcək xidmətində uğurlar arzulanıb, xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı Müdafiə nazirinin tapşırıq və tövsiyələri çatdırılıb.

Sonda Baş Qərargah rəisi  qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.




 



Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər