Saytımızı qiymətləndirin


 
 

Dünyada 3 milyarddan çox insan yetərincə qidalana bilmir
Tarix: 02-03-2023 | Saat: 14:48
Bölmə:Karusel / Region / Cəmiyyət / Gündəm | çapa göndər

 

Dünyada 3 milyarddan çox insan yetərincə qidalana bilmir

 

Planetimizin 3 milyarddan çox sakini sağlam qidadan məhrumdur.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məruzəsində deyilir. Məruzədə sağlam qida zənbilinin qiyməti və insan orqanizmini bütün lazımi maddələrlə təmin edən ərzaq növlərinin əlçatanlığı barədə məlumatlar dərc olunub.

 

Sağlam qida nəyi ehtiva edir

 

Sağlam qidalanma nəinki lazimi kalori miqdarını təmin etməli, həm də bu qidaya faydalı maddələrlə zəngin müxtəlif qruplara aid ərzaqlar daxil olmalıdır.

 

Sağlam qidalanma səbəti gün ərzində 2 min 330 kaloriyə, altı kateqoriyadan ibarət ucuz yerli istehsalat məhsuluna əsaslanır – 1) dənli bitkilər, makaron və kartof, 2) tərəvəz, 3) meyvə, 4) heyvan mənşəli ərzaqlar, 5) paxlalı bitkilər, çərəz və toxumlar, 6) yağlar və piylər.

 

Sağlam qida zənbilinin qiyməti

 

Mütəxəssislərin məlumatına görə, “Ərzaq kasıblığı” həddində yaşayanların sayı ən çox Asiyada artıb – 78 milyon nəfər. Sağlam qida zənbilinin qiymətində ən çox artım da məhz bu regionda müşahidə edilib – il ərzində 4 faiz.

 

Ən bahalı qida zənbili Latın Amerikası regionunda qeydə alınıb – gün ərzində 3,89 dollar. Asiyada bu göstərici 3,72 dollar, Afrikada 3,46 dollar, Şimali Amerika və Avropada 3,19 dollar, Okeaniyada isə 3,07 dollarıdır.

 

Afrikanın 12 ölkəsində əhalinin 90 faizdən çoxu tam qidalana bilmir və dünyanın yalnız 26 ölkəsində zəif qidalanan əhalinin sayı bir faizdən azdır.

 

MDB məkanında sağlam qida zənbili neçəyə başa gəlir

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2020-ci ildə Azərbaycanda sağlam qıda zənbilinin gündəlik qiyməti 2,53 dollar, Qazaxıstanda 2,66 dollar, Moldovada 2,81 dollar, Qırğızıstanda 3,18 dollar, Ermənistanda 3,25 dollar, Belarusda 3,31 dollar, Rusiyada 3,42 dollar, Tacikistanda isə 3,48 dollar təşkil edib.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər
26-10-2023, 12:39 Prezident açılış etdi