Saytımızı qiymətləndirin


 
 

“Surət Hüseynov dedi siz görərsiniz Ağdərə qalacaq ya yox…” –Elman Məmmədov
Tarix: 27-11-2023 | Saat: 12:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

O vaxt Ağdərə rayonu rəhbərlikdə olan şəxslər arasında çəkişmələr nəticəsində ləğv olunmuşdu.

Bunu parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasında deputat Elman Məmmədov deyib.

Deputat bildirib ki, bunun heç bir hüquqi əsas yox idi: “Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə o dövrdəki Azərbaycan rəhbərliyi yatıb qalmışdı. Ermənilər ondan iki ay əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmişdilər və “Artsax” yaratmışdılar. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi”.

Elman Məmmədov o vaxt rayonların ləğv olunduğu sessiyada deputat kimi olmasa da iştirak etdiyini xatırladıb: “1991-ci il noyabrın 26-da Azərbaycan SSRİ Ali Sovetinin sessiyasından Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verildi, vilayət tərkibində olan rayonlar ləğv edilib və yenidən yaradılıb. Həmin sessiyada Surət Hüseynov dedi ki, siz görərsiniz Ağdərə rayonu qalacaq ya qalmayacaq. O iclasdan sonra da elə bu binada, o vaxt artıq Milli Məclis adlanırdı, bu qərarı verdilər və Ağdərə rayonunu ləğv etdilər”.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər