Almaniyanın bir çox şəhərində koronavirus tədbirləri əleyhinə etiraz edilib.

Qarabaginfo.az xəbər verir ki, etirazlar Rostock, Schwerin, Neubrandenburg, Cottbus, Halle, Gera, Bautzen, Leipzig, Saarbrücken, Fulda, Kaiserslautern və Koblenz də daxil olmaqla bir neçə şəhəri əhatə edib. 

İcazəsiz nümayiş iştirakçıları polisə qarşı şiddət göstərib. Qarşıdurmada 10-dan çox polis əməkdaşının yaralandığı, bəzi avtomobillərə ziyan dəydiyi, polisin də nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyi bildirilib.