Saytımızı qiymətləndirin


 
 

Hökumət ölkədə təbii qaz təchizatının təşkili ilə bağlı qərarına dəyişiklik edib
Tarix: 27-12-2021 | Saat: 19:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakının bu ərazisində kütləvi qaz problemi - Açıqlama - son xeberler

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.

Qarabaginfo.az xəbər verir ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır.

Müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir.

“Azərkontrakt” ASC-yə ona həvalə edilmiş vəzifələrin icrasını nəzərə alaraq Nazirlər Kabineti ilə razılaşdırmaqla yeni ştat cədvəlini bir ay müddətində təsdiq etmək həvalı olunub.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.



Xəbəri paylaş

1433 dəfə oxunub.

Digər xəbərlər