Saytımızı qiymətləndirin


 
 

Rusiyalı ekspert: "Ermənistanın müttəfiqi olaraq qələmə verilməsi Fransanın nüfuzuna xələl gətirir"
Tarix: 27-12-2021 | Saat: 18:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sergey Markov: "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?"

"Ermənistanın havadarı şəklində qələmə verilməsi Fransanın nüfuzuna xələl gətirir. Bu ölkənin Qarabağ münaqişəsilə bağlı siyasəti radikal səpgidə dəyişdiyi üçün iflasa uğradı".

Bunu Qarabaginfo.az-a rusiyalı politoloq Sergey Markov bu günlərdə Fransada prezidentliyə namizəd Valeri Pekrezin qanunsuz olaraq Xankəndinə getməsinə münasibət bildirərkən deyib.

“Valeri Pekrez Fransanın erməni diasporunun maliyəsinə göz dikib. Fransa ən antitürk ölkələrdən biridir və onlar islam əleyhdarı seçicilərinin rəğbətini qazanmağa çalışırlar. Bunun üçün fransalı siyasətçilər Türkiyəni və deməli, Azərbaycanı da hədəfə götürməyə səy göstərirlər”.

Rusiyalı ekspertin fikrincə, qatı ermənipərəst mövqeyilə seçilən Fransa bu üzdən əvvəllər ATƏT-in Minsk Qrupunun da fəaliyyətinə ziyan vururdu: “ATƏT-in Minsk Qrupu həmsədri olaraq hər hansı nüfuz sahibi olmayan Fransa əslində bu qurumun iflasa uğramasının başlıca təqsirkarıdır. İyirmi il vasitəçi olaraq danışıqlar apardılar və nəticəsi sıfır oldu”.



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər