Saytımızı qiymətləndirin


 
 

ESG transfiormasiyasına dair Xəzər ölkələrinin şurası yaradıla bilər
Tarix: 23-12-2021 | Saat: 19:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

ESG transfiormasiyasına dair Xəzər ölkələrinin şurası yaradıla bilər

“Rusiya Beynəlxalq ESG resurs mərkəzi”nin rəhbəri, Rusiya Sənayeçilər və İş Adamları Birliyinin vitse-prezidenti İqor Yurgens 2022-ci il fevral-mart aylarında ESG (environment, social, governance) transformasiyasına dair Xəzərətrafı ölkələrin şurasının yaradılması planını irəli sürüb.

Qarabaginfo.az-a söhbətində İ.Yurgens ekspertlərin açıq müzakirə platforması şəklində yaradılacaq bu şuraya əsasən karbohidrogen ixracatına bağlı ölkələr olan Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan ekspertlərini daxil olacağını qeyd edib.

“Karbohidrogen hasilatını kəskin azaltmağın yolverilməz olmasına dair Azərbaycanla mövqeyimiz üst-üstə düşür. Daha çox istilik qazlarını havada daha çox tutmağa, yaxud meşələri mühafizə etməklə, yaşıllıqlar salmaqla təsirini azaltmağa, tullantı emalı texnologiyalarını təkmilləşdirməyə üstünlük verilməlidir”, - ekspert deyib.

İ.Yurgensin fikrincə, 2030-cu ilədək Yer kürəsində orta temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamaq üçün 46 trilyon dollar həcmində sərmayə qoyulmalıdır ki, bu da çətin məsələdir.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər