Saytımızı qiymətləndirin


 
 

Bosniya və Herseqovina XİN başçısı Azərbaycana təşəkkür edib
Tarix: 23-12-2021 | Saat: 14:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

"Bosniya və Herseqovina koronavirus pandemiyası dövründə göstərdiyi yardımlara görə Azərbaycana minnətdardır".

Qarabaginfo.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Regionun inkişafından böyük təəssüratlar alaraq dövlətinizi əldə etdiyi nailiyyətlərə görə təbrik edirəm. Azərbaycana bu səfərim ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımdan mühüm addımdır”, - XİN başçısı deyib.

B.Turkoviç vurğulayıb ki, hər iki ölkənin müvafiq olaraq Bakıda və Sarayevoda səfirliklərinin açılması ikitərəfli əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

O, iki ölkə arasında iqtisadi əlaqələrin mövcud imkanları əks etdirmədiyini söyləyib, azad olunmuş ərazilərdə infrastrukturu bərpa etmək işində Azərbaycana uğurlar arzulayıb.



Xəbəri paylaş

265 dəfə oxunub.

Digər xəbərlər