Tarix: 10-07-2025 | Saat: 13:47
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiyanın bir neçə gün öncə intihar edən nəqliyyat naziri Roman Starovoyt ilə vida mərasimi keçirilib.
Qarabaginfo.az “Kommersant”a istinadən xəbər verir ki, Moskvada Mərkəzi Klinik Xəstəxanada keçirilən vida mərasimində onun yerinə təyin olan yeni nazir Andrey Nikitin iştirak edib.
Həmçinin mərasimdə Baş nazirin müavinləri Dmitri Qriqorenko, Aleksandr Novak və Dmitri Patruşev, rəqəmsal inkişaf naziri Maksut Şadayev, mədəniyyət naziri Olqa Lyubimova və iqtisadi inkişaf naziri Maksim Reşetnikov da iştirak ediblər.
Prezident Vladimir Putin isə mərasimə qızılgüllərlə bəzədilmiş əklil göndərib.
Onun dəfn mərasimi isə iyulun 11-i baş tutacaq.
Qeyd edək ki, Roman Starovoytun cəsədi iyulun 7-si Odintsovo şəhərində şəxsi avtomobilində aşkarlanıb. 53 yaşlı Starovoyt intihar edən gün nazir vəzifəsindən azad edilmişdi.






Digər xəbərlər