Saytımızı qiymətləndirin


 
 

Bakı Nəqliyyat Agentliyi sürücülərə və sərnişinlərə müraciət edib
Tarix: 22-12-2021 | Saat: 09:54
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Bakı Nəqliyyat Agentliyi sürücülərə və sərnişinlərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə və sərnişinlərə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, müraciətdə deyilir:

"23-24 dekabr tarixlərində paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə qarlı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir".

"Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər".



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər
15-06-2021, 11:40 Sabahın hava proqnozu